Respublikaçı Alternativ (REAL) partiyasının Nizamnaməsi

5 noyabr 2023-cü il Qurultayında qəbul olunub

I. ÜMUMİ MÜDDƏALAR

1. Respublikaçı Alternativ (REAL) Partiyası Azərbaycan Respublikasının Konstitusiyası, “Siyasi partiyalar haqqında” qanunu və digər normativ hüquqi aktları əsasında, özünün bu Nizamnaməsi və Proqramı çərçivəsində Respublikaçı ideoloji prinsiplərinə uyğun olaraq fəaliyyət göstərən vətəndaşların birləşdiyi siyasi partiyadır.

2. Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 5, mənzil 10 Respublikaçı Alternativ (REAL) Partiyasının hüquqi ünvanıdır.

II. PARTİYANIN MƏQSƏDİ, FƏALİYYƏT İSTİQAMƏTLƏRİ, HÜQUQ VƏ VƏZİFƏLƏRİ

3. Respublikaçı Alternativ (REAL) Partiyasının ali məqsədi müstəqil Azərbaycan dövlətində hakimiyyətin Respublikaçı dəyərlərə söykənərək icra, qanunverici və məhkəmə qolları arasında tarazlı və qarşılıqlı nəzarətli bölgüsünə nail olmaqdan ibarətdir.

4. Respublikaçı Alternativ (REAL) Partiyası öz məqsədinə nail olmaq üçün aşağıdakı əsas istiqamətlər üzrə fəaliyyət göstərir:

5. Respublikaçı Alternativ (REAL) Partiyası onun əsas proqram məqsədləri və vəzifələri ilə razılaşan ictimai və siyasi təşkilatlarla əməkdaşlığa, digərləri ilə isə demokratik seçki rəqabətinə, eləcə də açıq və xoş məramlı dialoqa hazırdır.

6. Respublikaçı Alternativ (REAL) Partiyası dövlət hakimiyyətinin formalaşmasında bütün səviyyələrdə iştirak edir. Prezidentliyə, parlament, yerli hakimiyyət və bələdiyyə orqanlarında üzvlüyə, hökumətin və digər icra strukturlarının tərkibinə işləmək üçün namizədlər irəli sürür.

7. Respublikaçı Alternativ (REAL) Partiyası vacib saydığı təqdirdə xarici ölkələrin qismən və ya tam həmfikir hesab etdiyi partiyaları və ictimai təşkilatları ilə siyasi əlaqələr qurur, geniş beynəlxalq əməkdaşlıq uğrunda çıxış edir.

8. Respublikaçı Alternativ (REAL) Partiyasının qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşağıdakı hüquqları vardır:

9. Respublikaçı Alternativ (REAL) Partiyasının qanunvericiliklə nəzərdə tutulmuş aşağıdakı vəzifələri vardır:

III. PARTİYANIN TƏŞKİLATİ PRİNSİPLƏRİ VƏ ÜZVLÜK QAYDALARI

10. Partiyaya üzvlük fərdidir. Respublikaçı Alternativ (REAL) Partiyasının üzvü başqa siyasi partiyanın üzvü ola bilməz. Başqa partiyanın üzvü Respublikaçı Alternativ (REAL) Partiyasının üzvlüyünə qəbul edilmir. Üzvlərinin reyestri siyasi partiya tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılır.

11. Partiyaya üzvlük fərdidir. Respublikaçı Alternativ (REAL) Partiyasının üzvü başqa siyasi partiyanın üzvü ola bilməz. Başqa partiyanın üzvü Respublikaçı Alternativ (REAL) Partiyasının üzvlüyünə qəbul edilmir. Üzvlərinin reyestri siyasi partiya tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılır.

12. Partiyanın üzvü aşağıdakı hüquqlara malikdir:

13. Üzvün partiyada üzvlüyünü dayandırmaq yaxud partiyadan çıxmaq məsələsinə onun özünün ərizəsi əsasında baxılanda, ərizə yerli partiya təşkilatında müzakirə edilərək qərar çıxarılır və bu barədə Partiyanın Siyasi Komitəsinə ya da onun səlahiyyətləndirdiyi quruma yazılı məlumat verilir. Yerli partiya təşkilatı olmadıqda ərizəyə birbaşa olaraq Partiyanın Siyasi Komitəsi baxıb qərar çıxarır.

14. Partiya üzvünün vəzifələri aşağıdakılardır:

15. Partiya üzvləri bu Nizamnamənin müddəalarına əməl etməyə və onun rəhbər orqanlarının qərarlarını yerinə yetirməyə borcludurlar. Bu tələblər yerinə yetirilmədikdə, partiyanın orqanları tərəfindən onların partiya üzvlüyünə xitam verilməsi də daxil olmaqla qanunla qadağan edilməyən intizam tənbeh tədbirləri (xəbərdarlıq, töhmət, şiddətli töhmət) görülə bilər.

16. Partiya üzvlüyünə xitam verilməsi haqqında qərar yerli partiya təşkilatı tərəfindən qəbul olunur və Partiyanın Siyasi Komitəsi tərəfindən təsdiq ediləndən sonra qüvvəyə minir. Yerli partiya təşkilatı olmadıqda məsələyə birbaşa olaraq Partiyanın Siyasi Komitəsi baxaraq qərar verir.

17. Partiya üzvü onun barəsində intizam tənbeh tədbirləri barədə çıxarılmış qərardan, həmçinin partiyanın rəhbər orqanlarının və struktur qurumlarının hərəkət və hərəkətsizliyindən partiyanın nəzarət orqanına şikayət verə bilər. Nəzarət orqanı daxil olmuş şikayətlərə bu Nizamnamə, partiyanın Etik Davranış Kodeksi və nəzarət orqanının Əsasnaməsi əsasında baxaraq müvafiq qərar qəbul edir. Partiya üzvü eyni məsələlərlə bağlı məhkəmə orqanlarına da müraciət edə bilər.

IV. PARTİYANIN TƏŞKİLATİ QURULUŞU

18. Respublikaçı Alternativ (REAL) Partiyası Azərbaycan Respublikasının bütün ərazisində fəaliyyət göstərir. Partiyanın təşkilati əsası fərdi üzvlər, eləcə də, yaradıldığı təqdirdə, yerli (şəhər, rayon, qəsəbə yaxud dairə) partiya təşkilatlardır.

19. Partiya üzvü ancaq bir yerli partiya təşkilatının qeydiyyatında dura bilər.

20. Yerli partiya təşkilatı Partiyanın hər qurultayından sonra buraxılmış sayılır və o, yaxud onun əvəzinə başqası yenidən yaradıla bilər. Yerli partiya təşkilatının yaradılması haqqında qərar ən azı üç nəfər partiya üzvünün iştirak etdiyi təsis yığıncağı tərəfindən qəbul edilir və bu qərar partiyanın Siyasi Komitəsi tərəfindən zəruri sayılaraq təsdiq edildikdə qüvvəyə minir.

21. Yerli partiya təşkilatının rəhbər orqanı ümumi yığıncaqdır. Ümumi yığıncaq üç ayda bir dəfədən az olmayaraq keçirilir. Yığıncaq yerli partiya təşkilatında qeydiyyatda duran üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Onun qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Növbədənkənar yığıncaq qeydiyyatda olan üzvlərin üçdə bir hissəsinin tələbi ilə ya da yerli partiya təşkilatı sədrinin qərarı ilə çağırıla bilər.

22. Yerli partiya təşkilatının ümumi yığıncağında təşkilatın işinə rəhbərlik etmək üçün iki il müddətinə sədr və, zəruri hesab olunduqda, onun müavinləri seçilir. Sədr və müavinlər partiyanın rəhbər orqanlarının qərarlarının həyata keçirilməsi işini təşkil edir, partiyanı yerli ictimai və siyasi təşkilatlarla, hakimiyyət orqanları ilə əlaqələrdə təmsil edir, üzvlərin təşəbbüslərini yerli partiya təşkilatının digər üzvlərinə və partiyanın rəhbər orqanlarına çatdırılmasını təmin edir, partiyanın proqram, məqsəd və imkanlarına uyğun olan belə təşəbbüslərin icrasını təşkil edirlər. Yerli partiya təşkilatının sədri müəyyən səbəblər üzündən fəaliyyətini dayandırdıqda, yeni sədr seçilənə qədər partiyanın Siyasi Komitəsi sədr müavinlərindən birinə bu vəzifənin icrasını həvalə edir.

23. Yerli partiya təşkilatına aid üzvlərin 2/3 hissəsi özünün sədrinə ya da sədr müavinlərinə qarşı etimadsızlıq qərarı çıxarırsa, vaxtından əvvəl yeni sədr ya da sədr müavinlərini seçilir.

V. PARTİYANIN RƏHBƏR ORQANLARI VƏ STRUKTUR QURUMLARI

24. Partiyanın rəhbər orqanları Qurultaydan və Siyasi Komitədən ibarətdir.

25. Partiyanın ali idarəetmə orqanı dörd ildən bir çağırılan Qurultaydır. Növbədənkənar qurultay Siyasi Komitənin öz təşəbbüsü ilə, həmçinin növbədənkənar qurultay səlahiyyətlərinə aid olan məsələlər çərçivəsində nəzarət orqanının, partiya üzvlərinin ən azı üçdə iki hissəsinin Siyasi Komitəyə edilmiş müraciəti əsasında qəbul etdiyi qərarla çağırılır. Qurultayın sədri və katibi Qurultay nümayəndələri arasından seçilir.

25.1. Qurultay:

25.2. Qurultay nümayəndələrinin 2/3 iştirak etdikdə Qurultay səlahiyyətlidir. Qurultayda bütün qərarlar iştirak edən nümayəndələrin səslərinin yarısından çoxu ilə qəbul olunur.

26. Siyasi Komitə qurultaylararası dövrdə partiyanın kollegial idarəetmə orqanı olaraq partiyanın ümumi fəaliyyətinə rəhbərlik edir.

26.1 Siyasi Komitə:

27. Partiyanın Nəzarət-Təftiş Komissiyası.

27.1. Partiyanın nəzarət orqanı kollegial şəkildə fəaliyyət göstərən Nəzarət-Təftiş Komissiyasıdır. Komissiyanın üzvləri öz aralarından sadə səs çoxluğu ilə özünə sədr seçir, eləcə də:

27.2. Siyasi Komitənin qərarı əsasında Nəzarət-Təftiş Komissiyasına bu Nizamnaməyə uyğun olaraq digər məsələlərin həll edilməsi səlahiyyəti də verilə bilər. Nəzarət-Təftiş Komissiyasının üzvü partiyanın heç bir orqanında və struktur qurumunda təmsil oluna bilməz.

28. Siyasət Təşəbbüsləri Komissiyası partiyanın bu Nizamnamə ilə nəzərdə tutulmuş qaydada yaradılan və fəaliyyət göstərən qurumudur. Qurultay Siyasət Təşəbbüsləri Komissiyasının say tərkibini müəyyənləşdirir və üzvlərini seçir. Komissiya bu saydan az olan sayda üzvlə də fəaliyyət göstərə bilər. Komissiya Qurultayın müəyyən etdiyi üzv sayından az tərkibdədirsə, Siyasi Komitə onun tərkibinə Qurultayda müəyyən edilmiş ümumi sayı keçməmək şərtilə başqa üzvlər də təyin edə bilər. Komissiya öz üvləri arasından özünə sədr seçir və onun rəhbərlyi ilə öz mütəmadi fəaliyyətini həyata keçirir. Komissiya ayda ən azı 1 (bir) dəfə toplaşır, iclasının protokolunu tərtib edir və Siyasi Komitəyə təqdim edir.

28.1. Siyasət Təşəbbüsləri Komissiyası:

28.2. Siyasi Komitə Komissiyaya bu Nizamnaməyə və Proqrama uyğun olaraq Komissiyanın fəaliyyət istiqamətləri üzrə digər vəzifələrin də icra edilməsi həvalə edilə bilər.

VI. PARTİYANIN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ

29. Partiyanın mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və partiya fəaliyyətinin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmayan növlərdə əmlakı ola bilər.

30. Partiya öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq özgəninkiləşdirilə bilər.

31. Partiyanın fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşir:

32. Partiya Azərbaycan Respublikasının Konstitusiyası və “Siyasi partiyalar haqqında” Qanunla qadağan edilmiş şəxslər tərəfindən ianə qəbul edə və hər hansı bir digər formada maliyyələşə bilməz.

33. Üzvlük haqqının məbləğini Siyasi Komitə müəyyən edir. Üzvlük haqqının yuxarı həddi minimum əmək haqqının 35 (otuz beş) mislindən artıq ola bilməz.

34. Partiyanın əmlakından yalnız bu Nizamnaməsindən və Proqramından irəli gələn məqsəd və hədəflərə nail olunması, həmçinin vəzifələrin həyata keçirilməsi üçün istifadə edilir. Partiyanın sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəliri partiya üzvləri arasında bölüşdürülmür və yalnız bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlər üçün istifadə edilə bilər.

35. Partiya qanunvericiliyin tələblərini nəzərə almaqla “Mühasibatlıq uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotunu aparır və maliyyə hesabatını tərtib edir. Maliyyə hesabatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq qurumlara təqdim edilir və mediada dərc etdirilir.

VII. YEKUN MÜDDƏALAR

36. Partiya hüquqi şəxsdir. Partiyanın adı yazılmış möhürü və ştampı, özünün rəmzi, digər rekvizitləri, banklarda cari hesablaşma hesabı və digər hesabları vardır.

37. Partiya fəaliyyətini Qurultayın qəbul etdiyi qərar əsasında müvəqqəti dayandıra bilər. Partiyanın fəaliyyətinin müvəqqəti dayandırıldığı müddət bitdikdən sonra partiyanın fəaliyyəti bərpa edilmiş hesab olunur. Fəaliyyətin dayandırıldığı müddətdə onun rəhbər orqanlarının və struktur qurumlarının səlahiyyət müddətlərinin axımı dayandırılır.

38. Partiyanın yenidən təşkili və ləğvi haqqında Qurultay tərəfindən qəbul edilmiş qərar Azərbaycan Respublikasının Mülki Məcəlləsində, həmçinin digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada və müddətlərdə icra edilir.